Modern.az

Bakıda piyada ÖLÜMÜ 

Bakıda piyada ÖLÜMÜ 

Aktual

19 Yanvar 2019, 12:40

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib. 

Yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi