Modern.az

Daşkəsəndə narkotacir tutuldu

Daşkəsəndə narkotacir tutuldu

Aktual

22 Yanvar 2019, 15:22

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib .

 

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini  Yaşar Şəfiyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…