Modern.az

Ucarda yük maşını yandı

Ucarda yük maşını yandı

Hadisə

2 May 2024, 13:52

Ucarda yük maşını yanıb.

 

Modern.az xəbər verir ki, hadisə bu gün rayonun Heydər Əliyev prospektində baş verib. Elçin Elşad oğlu Kərimova məxsus "QAZel" markalı yük maşın anidən alışıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısaqapanma səbəb olub.

 

Fakt araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi