Modern.az

“Khazar” zavodu avtomat ötürücülü avtomobilləri satışa çıxarır

“Khazar” zavodu avtomat ötürücülü avtomobilləri satışa çıxarır

Aktual

9 Fevral 2019, 14:55

Avtomat ötürücülu "Khazar" avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bunu "Azərmaş" İdarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında bildirib. E.Axundovun sözlərinə görə, artıq avtomat ötürücülü avtomobillər istehsal olunub:

 

"Hazırda avtomobillər sınaq müddətindədirlər. 10 gün sonra həmin avtomilləri satışda görəcəksiz. "Peugoet" markalı avtomat ötürücülu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq". O qeyd edib ki, bu il 3 min ədəd "Khazar" avtomobilinin istehsalı nəzərdə tutulub:

"Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiyməti 13 500 manatdan 21 000 manatadəkdir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü