Modern.az

Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI

Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI

18 Fevral 2019, 16:06

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub. Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Elnur Heydərov gətirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Modern.az-a təyinatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb. Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan 7 elmi-tədqiqat institutundan biridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı