Modern.az

SalamNews  9 yaşa çatdı  

SalamNews  9 yaşa çatdı   

Aktual

1 Mart 2019, 11:49

SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 9 il ötür.

Modern.az xəbər veri ki, agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən fəaliyyətə başlayıb.

Açıq rejimli internetdə Azərbaycan və rus dillərində xəbərlər yayan agentlik işini daim təkmilləşdirir, operativliyi, obyektivliyi, hadisələrə münasibətdə bitərəfli münasibəti ilə seçilir.

Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir.

2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.

Eyni zamanda bu illər ərzində respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, “İlin brendi”ni qazanıb.

Agentliyin əməkdaşları dəfələrlə müxtəlif dövlət qurumlarının və müstəqil təşkilatların plaket və mükafatlarına layiq görülüblər.

Təbrik edirik!

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!