Modern.az

Millət vəkili icra başçısı ilə birlikdə kənddə görüş keçirdi

Millət vəkili icra başçısı ilə birlikdə kənddə görüş keçirdi

Aktual

13 Mart 2019, 11:54

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə seçiciləri ilə növbəti dəfə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab VilyamHacıyev və rayon hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə birlikdə İmişli rayonunun Cəfərli kəndində keçirilib.

 

Görüşdə V.Hacıyev rayonda görülmüş işlər barədə məlumat verib, Cəfərli kəndində hazırda hansı problemlərin və çatışmazlıqların olması  barədə kənd sakinlərinin fikirlərini dinləyib, bəzi məsələləri yerindəcə həll edib.

 

Daha sonra çıxış edən millət vəkili Ç.Qənizadə seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verib.

 

Sonda seçicilərlə təkbətək görüşən millət vəkili ərizə və müraciətləri qəbul edib, ona təqdim edilmiş bütün müraciətlərin araşdırılacağına söz verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!