Modern.az

Astarada qadın su çəninə düşüb boğuldu

Astarada qadın su çəninə düşüb boğuldu

Aktual

14 Mart 2019, 21:45

Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub. Modern.az xəbər verir ki, hadisə rayonun Artupa kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 34 yaşlı Xəyalə Ədalət qızı Kazımova həyətlərindəki su çəninə düşərək boğulub.

Onun ailə üzvləri bildiriblər ki, X.Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər.

Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub.

“Report” bildirir ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!