Modern.az

İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi

İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi

Aktual

19 Aprel 2019, 15:39

2016-cı ildə ölkə ictimaiyyətinin geniş müzakirəsinə səbəb olan 23 yaşlı Nigar Vahabovanın intiharından sonra ailədə ikinci faciə baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vahabovlar ailəsinin 18 yaşlı oğlu Teymur avtomobil qəzasında dünyasını dəyişib.
Adıçəkilən şəxslər İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısı və qardaşıdır.

N.Vahabovanın intiharından sonra ailə bu işdə başqa bir nəfəri də ittiham etdi. Belə ki, A.Vahabova bacısı Nigarın münasibətdə olduğu Bəhruz adlı şəxsin ona çox təzyiq etdiyini və intihar etməsinə vadar etdiyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi