Modern.az

Ər-arvadın olduğu maşın suya düşüb, hər ikisi ölüb

Ər-arvadın olduğu maşın suya düşüb, hər ikisi ölüb

17 May 2019, 10:06

Naxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi “Saipa” markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb.

Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda boğularaq ölüb.

Onların meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir