Modern.az

Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır”

Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır”

Qarabağ

20 May 2019, 13:17

“2016-clı ilin aprel döyüşləri ilə bağlı parlament komissiyasının yaradılmasının vaxtı çatıb. Bəzi qüvvələr Ermənistan və Qarabağ erməniləri arasında nifaq salmaq istəyirlər”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.

 

O, ölkədə Qarabağı Azərbaycana təhvil vermək istəyən xəyanətkar qrupun olduğunu deyib:

“Bütün faktları təhlil edərək ölkədə yeni müharibəyə başlamağı planlaşdıran xəyanətkar qrupun izlərini görürəm. Onlar bəzi ərazilərin itirilməsinə görə məsuliyyəti hökumətin üstünə atmağı planlaşdırırlar. Bunu dövlətə xəyanət sayıram və baş nazir, Ali Baş Komandan kimi buna qarşı ən sərt tədbirlərin görülməsini tələb edirəm”.

 

Xalqa müraciət edən Paşinyan eks-prezident Koçaryanın azadlığa buraxılmaslna görə məhkəmə sistemində və hətta Konstitusiyada ciddi dəyişikliklərin olacağını da anons edib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!