Boliviya çempionatında faciəvi hadisə yaşanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 25-ci turun “Always Ready” – “Oriente Petrolero” qarşılaşmasında baş hakim Viktor Hurtado vəfat edib. Buna səbəb referinin infarkt keçməsi olub.
İkinci hissənin əvəllində vəziyyəti pisləşən Viktor Hurtadonun ürəyi dayanıb. Həkimlərin ilk müdaxiləsindən sonra özünə gələn referi xəstəxanaya çatdırılsa da, ikinci dəfə infarkt keçirib və onun həyatını xilas etmək mümkün olmayıb.