Modern.az

Şamaxıda biçilməmiş taxıl sahələri yandı - YENİLƏNİB

Şamaxıda biçilməmiş taxıl sahələri yandı - YENİLƏNİB

Aktual

13 İyun 2019, 10:34

Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

 

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

***

 

Ötən gecə Şamaxıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumaat görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın olması barədə məlumat daxil olub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!