Modern.az

Goranboyda yaş barama tədarükünə başlanıldı

Goranboyda yaş barama tədarükünə başlanıldı

Aktual

13 İyun 2019, 10:39

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Goranboy rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. 

Goranboy rayonu üzrə yaş barama tədarükü davam edir. İyunun 12-si tarixə kümçülər tərəfindən “Azəripək” MMC-yə 4167 kq  yaş barama təhvil verilib.  

 

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 41 min ədəd tut tingi əkilib ki, onun da 31 min ədəddən çoxu Çin Xalq Respublikasından gətirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb.

Qeyd edək ki, 2019-cu ildə  Goranboy rayonunda 20 tona yaxın yaş barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə isə kümçülər tərəfindən ümumilikdə 9,8 ton  yaş barama təhvil verilib.

Barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.

 

Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

 

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır. Bu isə əhalinin dolanışıq səviyyəsinin yaxşılaşdırılması deməkdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!