Modern.az

Tbilisidə cinsi azlıq tərəfdarları ilə qarşıdurma

Tbilisidə cinsi azlıq tərəfdarları ilə qarşıdurma

Dünya

14 İyun 2019, 23:11

Tbilisidə cinsi azlıq tərəfdarları və millətçilər arasında baş verən qarşıdurma zamanı saxlanılanların sayı 8-ə çatıb.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər polisə tabe olmayıblar.

Məlumata görə, Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında vəziyyət gərgin olaraq qalır. Cinsi azlıq tərəfdarları ilə din xadimləri və millətçilər arasında polisin yaratdığı canlı səddi yarmaq üçün cəhdlər edilir.

Qeyd edək ki,  Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma baş verib. LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər.  Millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Tərəflər arasında qarşıdurma baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!