Modern.az

Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb

Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb

Aktual

17 İyul 2019, 18:47

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 1 ədəd mobil telefon gətirdiyini bəyan edib.

 

Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajda bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən - 40 ədəd mobil telefon ekranı, 2 ədəd yaddaş kartı, 8 ədəd elektron qidalandırıcı, 4 ədəd plata və əynindəki gödəkcənin sağ və sol yan ciblərindən isə 4 ədəd "İphone" markalı mobil telefon aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!