Modern.az

Türkiyədə gəmidə güclü yanğın

Türkiyədə gəmidə güclü yanğın

Aktual

19 İyul 2019, 00:41

Türkiyədə Çanaqqala-Eceabad xətti ilə hərəkət edən gəmidə güclü yanğın baş verib.

Modern.az  xəbər verir ki, yanğın sərnişin və minik maşınları daşıyan “Karahasan-2” adlı gəminin mühərrik hissəsində baş verib.

Hadisə limana yaxın baş verdiyi üçün göyərtədəki 98 sərnişini və heyət üzvlərini təxliyə etməkdə böyük çətinlik olmayıb. Gəminin limana yaxın ərazidə saya oturduğu bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır