Modern.az

Dəmiryolu vağzalında yanğın  

Dəmiryolu vağzalında yanğın  

Aktual

21 İyul 2019, 17:50

Gəncə Dəmiryolu vağzalında yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xətdə dayanmış iki vaqonda yanğın olması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi