Modern.az

Bakı Avtovağzalından bu rayolnara sərnişin axını olub - SİYAHI

Bakı Avtovağzalından bu rayolnara sərnişin axını olub - SİYAHI

Aktual

13 Avqust 2019, 09:27

Qurban bayramı ilə əlaqədar olaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) avqustun 7-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışır.

BBAK-ın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, avqustun 8-də şəhərlərarası və beynəlxalq istiqamətlərə ümumilikdə 10 285 sərnişin daşınıb. Ən çox sərnişin axını 10 və 11 avqust tarixlərində olub. Avqustun 10-da 15 300, 11-də isə 13 400 sərnişin öz səfərini təmin edib. Şəhərlərarası reyslərdə sərnişin sıxlığı daha çox Gəncə, Bərdə, Tərtər, Lənkəran, Astara, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərinə, beynəlxalq reyslərdə isə ən çox sərnişin axını İstanbul, Batumi, Naxçıvan və Moskva şəhərlərinə olub.

Bu günə qədər ümumilikdə 62 000-dən çox sərnişin BBAK-dan yola salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!