Modern.az

Əlahiddə Ümumqoşun Orduda yarış keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda yarış keçirilib - VİDEO

Aktual

9 Sentyabr 2019, 19:40

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adı uğrunda yarış keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb, hərbi topoqrafiyadan normativlər qəbul olunub.

 

Sonra mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.

 

Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər. Yarışın əsas mərhələsindən sonra fiziki hazırlıqdan normativlər götürülüb.

 

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!