Modern.az

Ukrayna prezidenti uğursuz zarafata görə Kadırovdan necə üzr istədi? – Yeni DETALLAR

Ukrayna prezidenti uğursuz zarafata görə Kadırovdan necə üzr istədi? – Yeni DETALLAR

Dünya

25 Sentyabr 2019, 16:15

Ukrayna prezidenti Vladimir Zelenskinin yumorist olduğu zamanlarda uğursuz zarafata görə Çeçenisatan lideri Ramzan Kadırovla aralarında yananmış münaqişəsinin detalları üzə çıxıb.  

 

Modern.az xəbər verir ki, 2014-cü ildə yaranmış həmin konfliktin hansı yolla həll olunması barədə Ukrayanın “Strana” xəbər portalı yeni detallar paylaşıb.

 

Belə ki, 2014-cü ilin payızında “Kvartal-95” studiyasının sahibi Vladimir Zelenski o zamanlar Ukrayna daxili işlər nazirinin müavini olan Vladimir Yevdokimovun qəbuluna gəlir. Qəbula gələn Zelenski yumoristik nömrələrdən birində Çeçenistan lideri Ramzan Kadırovun parodiya olunmasından başlanan narazılıqdan qorxduğunu bildiribmiş. Həmin kadrlarda Kadırovun dini ibadəti fonunda yumoristlərin zarafat etmələri geniş səs-küy yaratmışdı.

Vladimir Zelenski Kadırovdan jurnalistlər qarşısında üzr istəmişdi. 2019-cu ildə isə Çeçenistan liderinin mətbuat katibi Alvi Kərimov tərəflər arasında heç bir narazılığın qalmadığına ehyam vurmuşdu.

”Əgər kimsə, nəsə montaj edibsə və Zelenski bu görüntülərə aidiyyatı olmadığı üçün üzr istəyibsə, bu normal insan halıdır”-deyə Kərimov demişdi.

 

Ukrayanın “Strana” portalı üzr məsələsində ictimaiyyətdən gizli qalan təfərrüatları 5 il sonra üzə çıxarıb.

 

“Qalmaqal böyüyən ərəfədə Zelenski öz təhlükəsizliyindən narahat idi. Buna görə o nazir müavini Vladimir Yevdokimova müraciət etmişdi. Və sonuncu doğrudan da Zelenskiyə yardım etdi. Həmin vaxt Yevdokimovun ətrafındakılardan biri, “Avromeydan” zamanı şəhər polisinin rəisi olmuş Vitali Strijak Zelenskinin kriminal aləmdə sıx əlaqələri olan Yuri Yerinyakla (Moldovan) görüşünü təşkil etmişdi.

Zelenski ilə birgə görüşə Strijakın müavini Yevgeni Koval da göndərilmişdi. Üzr məsələsi ilə bağlı danışıqlar xeyli çəkdi. Yerinyak ilk olaraq, Çeçenistanda “Apti” adlanan daxili işlər nazirinin müavini ilə, sonradan isə nazirin özü ilə danışıqlar aparmışdı. Kriminal avtoritet çeçen nazirlə Vladimir Zelenskinin birbaşa telefon danışığını da təşkil etmişdi”-deyə sayt yazır.

 

İddialara görə, Zelenski  Yerinyakla birgə (Moldovan) Çeçenistana uçaraq, Kadırovdan şəxsən üzr istəməli idi. Amma sonradan Zelenski Qroznıya uçmaqdan imtina edərək, Yarinyakı bahalı tərtibatda olan “Quran” kitabı ilə birgə Kadırovun yanına üzrxahlığa göndərmişdi.

“Strana”nın yazdığına görə, Yerinyak təklikdə məsələni yoluna qoysa da, gələcək Ukrayna prezidentinin bahalı maşını Kiyevin mərkəzində yandırılmışdı. Ukrayna mətbuatı Kadırovla arasında gərginliyi aradan qaldırmaqda köməyinə görə prezidentin Yevgeni Kovalı polis rəisinin 1-ci müavini təyin etdiyi qeyd edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!