Modern.az

Məmur narkotik vasitə ilə saxlanıldı - GÜRCÜSTANDA

Məmur narkotik vasitə ilə saxlanıldı - GÜRCÜSTANDA

Dünya

25 Sentyabr 2019, 18:46

Gürcüstanın Çiatura şəhər meriyasının əməkdaşı narkotik vasitələrin qanunsuz saxlanılması və daşınması ilə bağlı saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Meriyanın memarlıq, tikinti və nəzarət xidmətinin 1971-ci il təvəllüdlü əməkdaşı mərkəzi avtomagistralda maşınla hərəkətdə olarkən polis tərəfindən saxlanılıb və üzərinə baxış zamanı tərkibində metadon olan narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ilədək həbs cəzası gözləyir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü