Modern.az

Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb

Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb

Aktual

23 Fevral 2012, 12:40

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar bir sıra rayonlarda XI və IX siniflər üzrə təxirə salınmış mərkəzləşdirilmiş yoxlama (sınaq) imtahanları bu həftənin sonunda da keçirilməyəcək. Bu barədə Modern.az saytına Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, fevralın 4-5-də Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə mərkəzləşdirilmiş yoxlama (sınaq) imtahanları fevralın 11-12-nə keçirilmişdi. Fevralın 11-12-də həmin rayonlarla yanaşı,  Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl,  Ağsu və Göyçay rayonlarında, fevralın 18-19-da isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında XI və IX siniflər üzrə sınaq imtahanları keçirilməliydi. Amma həmin tarixlərdə də hava şəraiti düzəlmədiyindən Təhsil Nazirliyi bu təqvimlərə təyin olunan sınaq imtahanlarını ikinci dəfə təxirə salmalı oldu.

Təhsil Nazirliyindən bildirilib ki, Xocalı faciəsinin ildönümü ilə bağlı bu həftənin sonunda da sınaq imtahanları baş tutmayacaq. Belədə imtahanların gələn həftənin şənbə-bazar günlərində keçirilməsi gözlənilir.

Təhsil naziri Misir Mərdanov müvafiq əmrinə əsasən, ümumtəhsil məktəblərində ümumi orta (IX sinif) və tam orta təhsil (XI sinif) səviyyələri üzrə yoxlama (sınaq) imtahanlarına 28 yanvar tarixindən start verilir.

IX siniflərdə sınaq  imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir.
 
2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərində keçirilib.

Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edərək 15 aprel tarixində yekunlaşacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!