Modern.az

Siyəzəndə mağazadan 3500 manat oğurlayan şəxs tutuldu

Siyəzəndə mağazadan 3500 manat oğurlayan şəxs tutuldu

Aktual

22 Oktyabr 2019, 15:15

Siyəzəndə mağazadan 3500 manat oğurlayan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bəylərov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir