Modern.az

Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin"

Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin

Aktual

23 Oktyabr 2019, 11:26

“İranın öhdəlikləri yerinə yetirməsinə baxmayaraq ABŞ-ın nüvə sazişindən çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktorlardan biridir”.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin Hazırlıq Görüşündə bildirib.

 

Onun sözlərinə görə, ABŞ-ın yürütdüyü iqtisadi müharibə - iqtisadi terrorizm sadə iranlılara qarşı yönəlib.

“Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”, - deyə o əlavə edib.

 

M.C.Zərif bildirib ki, rəsmi Vaşinqtonun Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur:

 

“Milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir