Modern.az

“Azərbaycana aid olan əlyazmalar ölkəyə gətirilsin” - Deputat

“Azərbaycana aid olan əlyazmalar ölkəyə gətirilsin” - Deputat

Aktual

12 Noyabr 2019, 15:58

“Füzulinin “Ərəb divanı” uzun 10 illiklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında büdcə müzakirələri zamanı deputat Gövhər Baxşəliyeva deyib. O bildirib ki, xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var.

 

Deputat təklif edib ki, dünya kitabxanalarında Azərbaycana aid olan əlyazmalar ölkəyə gətirilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi