Modern.az

Elinanın anası apelyasiya şikayəti verdi

Elinanın anası apelyasiya şikayəti verdi

Aktual

13 Noyabr 2019, 11:52

Məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya oxunan hökmdən apelyasiya şikayəti verilib.

 

Modern.az xəbər verir ki, E.Hacıyevanın anası Sevil Hüseynovanın vəkilləri direktora daha ağır cəzanın verilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət ediblər. Direktor da öz növbəsində bəraət hökmü verilməsi üçün apelyasiya şikayəti verəcək.

 

 

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib.

 

S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir