Modern.az

«Eurovision» Azərbaycanda hansı iz buraxacaq?

«Eurovision» Azərbaycanda hansı iz buraxacaq?

5 Mart 2012, 17:58

Martın 7-də Bakıda “Azərbaycan: “Eurovision”dan əvvəl və sonra” mövzusunda müzakirə keçiriləcək. Tədbir Frontline-Bakı media klubunun yaradılmasına hazırlıq çərçivəsində keçirilən növbəti diskussiyadır.

Toplantıda “Eurovision 2012” mahnı müsabiqəsinə hazırlıq işlərinin gedişi, nəzərdə tutulan yeniliklər barədə danışılacaq. Təkcə, “Eurovision”un Azərbaycana nə verəcəyi deyil, həm də yarışmanın Azərbaycana nə gətirəcəyi barədə müzakirələr  açılacaq.

Bu cür nüfuzlu müsabiqənin Bakıda keçirilməsi ölkəmizin tarixi və mədəniyyətinin təbliği, Azərbaycanın Avropaya inteqrasiyası baxımından hansı təsirə malik olacaq?
“Eurovision”nun uğuru Bakıya 2012-ci ilin Olimpiya oyunlarına da ev sahibliyi etmək uğrunda kömək göstərəcəkmi? Klubda bu və digər suallar ətrafında fikir mübadiləsi aparılacaq.  
Tədbirdə həmçinin “Eurovision”la bağlı bir neçə süjet nümayiş etdiriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü