ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Mark Polimeropulos maraqlı iddia ilə çıxış edib.
Modern.az xəbər verir ki, keçmiş kəşfiyyatçının fikrincə, yayda Trampla ABŞ-ın Avropa Birliyindəki səfiri Qordon Sondlendlə telefon danışığı dinlənilib.
O, Rusiya xüsusi xidmət orqanlarının bu işdə əli olduğunu düşünür.
“Belə yüksək ranqlı telefon danışığı açıq xətlə aparılmalı deyil. Baş verənlər əks-kəşfiyyat metodlarının kobud pozulması deməkdir”-deyə Polimeropulos vurğulayıb.