Modern.az

İmişlidə yük və minik maşını toqquşdu: ölən var

İmişlidə yük və minik maşını toqquşdu: ölən var

Aktual

12 Dekabr 2019, 22:30

İmişi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

“Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb iki nəfər xəsarət alıb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!