Modern.az

Cavid Qurbanovdan Bakının keçmiş rəhbərliyinə İTTİHAM: “Tramvay xətlərini sökməklə şəhərə ziyan vurulub”

Cavid Qurbanovdan Bakının keçmiş rəhbərliyinə İTTİHAM: “Tramvay xətlərini sökməklə şəhərə ziyan vurulub”

17 Dekabr 2019, 11:34

"Bakı şəhəri ərazisində tramvay xətlərinin sökməklə paytaxta ziyan vurulub".

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov söyləyib. O qeyd edib ki, bu xətləri yenidən tikmək çətindir, amma bu haqda düşünülür:

"Ölkə başçısına bununla bağlı müraciət olunub. Bunun üzərində çalışırıq. Xarici şirkətlərə müraciət etmişik. Hansısa formada düşünmək olar .

Tramvay xətlərinin Biləcəridən Pirşağı tərəfə ortadan bir neçə xətti çəkməklə Əhmədliyə, "Nasosnu"ya və digər istiqamətlərə daha yüngülləşmiş şəkildə istifadəyə verməyə çalışırıq".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…