Modern.az

Ələt-Astara yolunun ödənişli olması ilə bağlı hökümətə müraciət OLUNDU

Ələt-Astara yolunun ödənişli olması ilə bağlı hökümətə müraciət OLUNDU

Aktual

15 Yanvar 2020, 11:33

“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq hökumətə təqdim edilib”.

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 

S.Məmmədov bildirib ki, yolun ödənişli olması üçün xüsusi aparat və turniketlər quraşdırılacaq:

 

“Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək. İşlərin görülməsi həmin şirkətə həvalə olunacaq”.

 

AAYDA sədri qeyd edib ki, yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir