Modern.az

Ermənilər Tural Gəncəliyevin seçki uğurundan narahat olub 

Ermənilər Tural Gəncəliyevin seçki uğurundan narahat olub 

11 Fevral 2020, 11:58

Ermənistanda “Orbeli” analitika mərkəzinin eksperti, politoloq Taron Ovanisyan Tural Gəncəliyevin 122 saylı Xankəndi seçki dairəsindən qalib olmasına münasibət bildirib. Dağlıq Qarabağın Azərbaycandakı İcmasının rəhbəri Tural Gəncəliyevin deputat seçilməsindən narahat olan Ovanisyan Xankəndi seçki dairəsində seçici siyahısında 5 min nəfərin olmasına diqqət çəkib.

 

Belə ki, T.Ovanisyan 1596 səslə Ermənistanda kənd icra nümayəndələrinin seçildiyini bildirərək, Tural Gəncəliyevin az səslə qalib olduğunu nəzərə çatdırmaq istəyib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistan tərəfinin bu fikirlərini “sərsəm” adlandıraraq toplanan səsin əhali sayı baxımından normal olduğunu bildirib:

“Bu fikiləri söyləyən şəxsi tanımıram, nə də ki, onun fikirlərini hardasa görməmişəm. O adam sərsəm-sərsəm fikirlər bildirir, bilmir ki, bizim Xankəndi seçki dairəsində 5000 seçicimiz var və səsvermə zamanı 13 məntəqə  fəaliyyət göstərdi. Ermənistan tərəfi nə istəsə danışa bilər, amma nəticələrimiz rəsmi olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanıb”.

 

Tural Gəncəliyev Xankəndi ilə yanaşı, Qarabağ bölgəsi üzrə. 84 saylı Füzuli, 118 saylı Ağdam Şəhər, 119 saylı Ağdam Rayon, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd və 125 saylı Zəngilan-Qubadlı seçki dairələrində yüzminlərə seçicinin olduğunu diqqətə çatdırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü