"Ola bilər ki, hansısa məqsəd üçün provakasiya xarakterli addımlar atsınlar”.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar bəzi namizədlərin etirazlarına münasibət bildirərkən deyib.
O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya etməsi normaldır. “Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun bunu edirsə, qanun pozuntusudur”.