Modern.az

Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?

17 Fevral 2020, 18:34

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, hazırda imtahan materiallarının emalı aparılır.

 

Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?