Modern.az

TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı

TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı

Aktual

19 Fevral 2020, 15:36

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Ağdaş rayonunda çox sayda insanda kəskin bronxit, suçiçəyi və digər xəstəliklərin olmasına münasibət bildirib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, fevralın 18-də Ağdaş rayonunun Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub.

 

Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb:

 

"Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək