Modern.az

Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO

Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO

Aktual

23 Fevral 2020, 21:41

İranın Türkiyə ilə sərhədində baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van əyalətində ölənlərin sayı artıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vandaki zəlzələdə ölənlərdən 4-ü bir ailənin üzvüdür. Belə ki ata və üç övladı dağıntılar altında qalaraq həyatını itirib. Zəlzələdən yalnız ana canını qurtara bilib.

Qadının sözlərinə görə, zəlzələ o həyətdə paltar asarkən baş verib. Həmin vaxt yuxuda olan həyat yoldaşı və üç övladı isə uçan evin altında qalıb.

 

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi