Modern.az

Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib

Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib

Aktual

25 Fevral 2020, 18:08

Güclü külək Tərtər və Bərdə rayonlarında bir sıra fəsadlar törədib.Gün günorta saatlarından başlayan güclü külək hər iki rayonda bir sıra fəsadlara yol açıb.

 

Modern.az xəbər verir ki, külək Tərtər şəhər 6 nömrəli orta məktəbin dam örtüyünü uçurub. Bununla əlaqədar olaraq həmin təhsil müəssisəsində dərslər dayandırılıb.

Rayonun hacıqərvənd kəndində ictimai binanın dam örtüyünü dağıdaraq minik avtomobilinin üstünə atıb.

Bundan əlavə güclü külək Bərdə rayonunda yaşayış binasının dam örtüyünü uçurub. Küləyin təsirindən Bərdə-Yevlax avtomobil yolunun kənarında yerləşən 20-yə yaxın irigövdəli ağac aşıb.

 

Külək rayonun Yeni Daşkənd kəndində Arzuman Məmmədova məxsus  yaşayış evinin damını tamamilə dağıdıb.

Eyni zamanda təbiət hadisəsi hər iki rayonda elektrik dirəklərini aşırıb və elektrik naqillərini sıradan çıxarıb. Bu səbəbdən hər iki rayonun bəzi ərazilərində elektrik enerjisinin verlişində fasilə yaranıb.

 

Rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları tərəfindən təmir və bərpa işlərinə start edilib.

Hazırda hər iki faktla bağlı müvafiq Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın miqdarı və miqyası araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!