Modern.az

Deputat: “250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir”

Deputat: “250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir”

İqtisadiyyat

16 Mart 2020, 13:15

 Bu gün bəzi insanların rəsmi iş yerləri olmadığına görə, onlar bəzi məsələlərdə problemlər yaşayırlar.

 

Modern.az-ın məlumatına görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.

 

O bildirib ki, bu gün 250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir.

 

“Məcburi ödənişlərlə minimum əmək haqqı arasındakı fərqi nəzərə almaq lazımdır. Təklif edirəm ki, buna görə də, “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilsin”,-deyə Vüqar Bayramov bildirib.

 

Vüqar Bayramov məcbur köçkünlərlə bağlı da məsələ qaldırıb. O söyləyib ki, məcburi köçkünlərə kompensasiya verilməsi ilə bağlı problemlər mövcuddur. Deputat onu da əlavə edib ki, gəlirlərin deklarasiyası haqqında da qanun layihəsi hazırlanmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir