Modern.az

STRATFOR: “2010-cu ildə Rusiya postsovet məkanına nəzarəti ələ alacaq”

STRATFOR: “2010-cu ildə Rusiya postsovet məkanına nəzarəti ələ alacaq”

Təhsil

6 Yanvar 2010, 18:05

Rusiya 2010-cu ildə Qərb və Türkiyənin postsovet məkanında təsirini aradan qaldıracaq. Modern.az-ın məlumatına görə, bu barədə Amerikanın  STRATFOR (Strategic Forecastig) Araşdırmalar Mərkəzinin hazırladığı hesabatda bildirilib. Qeyd olunur ki, Rusiya Qərb və Türkiyənin Ukrayna, Qazaxıstan, Belarus, Ermənistan və Azərbaycana təsirini aradan qaldıracaq. Moskva bundan sonra postsovet məkanının böyük hissəsində siyasi ittifaq üçün əsas yaratmağa çalışacaq.

Hesabat müəlliflərinə görə, artıq 2010-cu ilin sonlarında aydın olacaq ki, Rusiyanın təsir dairəsi postsovet məkanıdır və bu prosesə mane olmaq üçün nəhəng səylər tələb olunacaq. Mərkəzin təhlilçiləri hesab edir ki, 2010-cu ildə Rusiya artıq aparıcı dünya  dövləti kimi dirçələ bilər.  Eyni  zamanda qeyd olunur ki, İraq və Əfqanıstan müharibəsi ABŞ-ın hərbi potensialını tam “həzm edib”. Bu müharibələr Moskvaya keçmiş sovet respublikaları üzərində öz təsirini gücləndirməyə imkan verib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü