Modern.az

Azərbaycanda hərbi xidmətə çağırış iki dəfəyə keçirilsin - Milli Məclisdə təklif

Azərbaycanda hərbi xidmətə çağırış iki dəfəyə keçirilsin - Milli Məclisdə təklif

Parlament

30 Mart 2020, 11:35

“Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdur. Çağırış iki dəfə olur: yaz və payız çağırışları”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. O qeyd edib ki, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir:

 

“Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edirlər. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir