Modern.az

Başqırdıstanda yol qəzası - 4 ölü

Başqırdıstanda yol qəzası - 4 ölü

Dünya

28 Aprel 2024, 18:31

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb.

 

“Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayevo kəndinin yaxınlığında “Chevrolet Lanos” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində biri həddi-büluğa çatmamış şəxs olmaqla üç nəfər ölüb, biri azyaşlı olmaqla yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib”, – mətbuat xidməti bildirib.

 

Eyni zamanda, qeyd olunub ki, yaralananlardan biri sonradan vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, daha əvvəl eyni regionda çoxsaylı ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var