Modern.az

Novruz Aslanov seçiciləri ilə məsafəli qəbul keçirdi 

Novruz Aslanov seçiciləri ilə məsafəli qəbul keçirdi 

3 Aprel 2020, 12:36

 

Koronavirus (COVİD-19) infeksiyasına dair respublikada Operativ qərargah tərəfindən qəbul olumuş qərar və tövsiyələr nəzərə alınaraq, millət vəkili Novruz Aslanov tərəfindən İsmayıllı rayon sakinləri ilə məsafəli qəbil keçirilib. 

 

Modern.az xəbər verir ki, bu məqsəd üçün deputatın mobil telefon nömrəsi kənd icra nümayəndələrinə verilmiş və sakinlərlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmasına şəraitin yaradılması tövsiyə edilib.  

 

Belə ki, aprelin 2-də, saat 15.00-18.00 aralığında millət vəkili Novruz Aslanov telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinlərini maraqlandıran məsələlər və problemlər ilə maraqlanmış, bir neçə məsələ çevik olaraq həllini tapmış, digər məsələlər qeydiyyata alınmışdır. Müraciətlər, Yuxarı Cülyan, Talıstan, Hacıhətəmli, Zərnava kəndlərindən və Lahıc qəsəbəsindən olub. Telefon vasitəsilə deputat sakinlərə Operativ Qərargahın tövsiyələrinə riayət olumasının vacibliyini vurğulamış və onların evdə qalmalarını xahiş edib.

 

Məlumat üçün bildirək ki, hər həftənini IV günü İsmayıllı rayon seçiciləri Novruz Aslanovla  telefon vasitəsilə və onlayn əlaqa saxlayacaqlar. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!