Modern.az

Millət vəkili seçicilərinə səsləndi: “Vəziyyətin ciddi olduğunu bilməliyik!”

Millət vəkili seçicilərinə səsləndi: “Vəziyyətin ciddi olduğunu bilməliyik!”

5 Aprel 2020, 11:48

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov seçicilərinə müraciət edib. Modern.az-ın məlumatına görə, millət vəkili seçiciləri xüsusi karantin rejiminin tələblərinə riayət etməyə və evdə qalmağa səsləyib:

“Çox hörmətli Cəbrayıllılar və Qubadlılılar!
Dəyərli dostlar!
Vəziyyətin təhlili ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının artdığını göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycanda belə bir durumun yaşanmaması üçün bu gündən etibarən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkəmizdə hərəkətə məhdudiyyət qoyulub.
Vətəndaşlarımızın bir qisminin bu səbəbdən çətinliklərlə üzləşdiyini bilirəm. Hazırda dövlət qurumları koronavirus (COVID-19) virusunun iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması üçün gərəkən addımları atır. Artıq konkret tapşırıq və proqramlar üzərində işlər yekunlaşıb. Tez-tez bizə də müxtəlif müraciətlər olur. Onların həlli üçün aidiyyəti strukturlarla məsləhətləşmələr aparır, dəstək və tövsiyələrimizi veririk.
Burada dövlətlə yanaşı, vətəndaşlarımızın da üzərinə vəzifə düşür. Hər birimiz vəziyyətin ciddi olduğunu bilməli, məsələlərə maksimum diqqətlə və həssaslıqla yanaşmalı, özümüzün və yaxınlarımızın sağlamlığını qorumalıyıq. Əks halda virusa yoluxanların sayı daha da artacaq.
Yaranan vəziyyət müvəqqətidir. Bir çox zamanlarda olduğu kimi bu dövrdə də birlik və həmrəyliyimizi qorumalı, müəyyənləşdirilən qaydalara əməl etməliyik. Bir çox çətinliklərdən olduğu kimi, bu bəladan da üzüağ çıxacağımıza, tezliklə həyatımızın normal axarına qayıdacağına əminəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!