Modern.az

“Vətəndaşları müqaviləsiz işlədirlər” - Musa Qasımlı

“Vətəndaşları müqaviləsiz işlədirlər” - Musa Qasımlı

Aktual

9 Aprel 2020, 12:20

“Yaranmış bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm. Biz böhrandan yox, qorxunun özündən qorxmalıyıq”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Musa Qasımlı deyib. O, bu çətin günlərdə dövlətin dünyaya örnək olduğunu bildirib:

 

“Bir neçə gün bundan qabaq Sumqayıtda tibbi maska zavodunun açılması Azərbaycan dövlətinin güclü olduğunu göstərdi”.

 

Deputat çıxışı zamanı koronavirus dövründə ortaya çıxan ciddi problemdən də söz açıb:

 

“Koronavirus pandemiyası ölkəmizdə müqaviləsiz işləyənləri üzə çıxartdı. Həmin müəssisələr Azərbaycan qanunları əsasında fəaliyyət göstərsələr də, vətəndaşları müqaviləsiz işlədirlər”.

 

Musa Qasımlı həmçinin kənd təsərrüfatı sahəsinə də toxunub.

 

“Kənd yerlərində torpaqların bir çoxu özəlləşirilib, əkilmir. Boş sahələr var. Bu sahədə dövlət sözünü deməlidir.

 

Eyni zamanda bəzi müəlliflərin dərslik hazırlanmasına gəlir və biznes sahəsi kimi baxmasına son verməlidir”, - deyə deputat qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi