Modern.az

Üç instituta yeni direktor seçiləcək

Üç instituta yeni direktor seçiləcək

27 Aprel 2012, 11:30

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarının direktorları yoxdur. Ədəbiyyat, Dilçilik və Əlyazmalar institutlarında bu vəzifəni  əvəz edən müəyyən şəxslər var. Bu barədə Modern.az-a AMEA-nın Elmi informasiya şöbəsindən məlumat verilib.

“Hal-hazırda Ədəbiyyat, Əlyazmalar, Dilçilik institutlarında direktor vəzifəsini icra edənlər çalışır. Ədəbiyyat institutnun direktoru akademik Bəkir Nəbiyev rəhmətə getdiyindən, onu akademiyanın müxbir üzvü Teymur Kərimli əvəz edir. Dilçilik Institutunda Ağamusa Axundov səhhəti ilə bağlı işdən çıxıb. Onu da əvəz edən Fəxrəddin Veysəlovdur. Əlyazmalar İnstitutunda isə Məmməd Adilov rəhmətə getdiyindən, onu da elmi işlər üzrə direktor müavini Paşa Kərimov əvəz edir”. AMEA-nın sözçüsü  onu da qeyd edib ki, direktor seçkiləri hər 5 ildən bir “AMEA-nın elmi-tədqiqat institutlarında direktor vəzifələrinə seçkilər haqqında” əsasnaməyə uyğun olaraq, keçirilir.

“Hal-hazırda akademiyada həqiqi və müxbir üzvlüyə seçkilərə hazırlıq getdiyindən, hələki  direktor seçkiləri olmayacaq. Əsasnaməyə uyğun olaraq,  direktor seçkiləri üçün müəyyən vaxt təyin olunacaq. Hələ ki seçkilərin tarixi məlum deyil, çünki bu  prosedur vaxt tələb edir. İcra edən direktorlar müəyyən vaxta kimi təyin olunub, amma konkret olaraq, bu məsələlərə dəqiq baxılmır. Həqiqi və müxbir üzvlüyə seçkilər bitəndən sonra bu məsələlərə də baxılacaq.Yəqin ki, bu, ilin sonuna kimi olacaq”.

Nihadə Eyyubova
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!