Modern.az

Paytaxtın iki rayonunda içməli suyun verilişində məhdudiyyət olacaq

Paytaxtın iki rayonunda içməli suyun verilişində məhdudiyyət olacaq

Təhsil

2 May 2012, 11:27

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün Bakının iki rayonun su ilə təminatında məhdudiyyətlər olacaq.

Belə ki, abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu Vaqif prospektində yeni çəkilmiş magistral su xəttinin (diametri 500 mm) şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 2-də gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S. Vurğun, S. Rüstəm, M.Qaşqay, C.Hacıbəyli, X. Şuşinski, Ə. Qasımzadə küçələrinə, Vaqif və Azadlıq prospektlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü