Ermənistanda koronavirusa yoluxanların sayı 2507 nəfərə çatıb.
Modern.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, ötən sutka ərzində ölkədə 121 yeni yoluxma faktı qeydə alınıb.
Sağalanların sayı cəmi 29, ölənlər isə 4 nəfər olub. Beləliklə, Ermənistanda 2507 COVİD-19 xəstəsindən 39 nəfər ölüb və 1393 nəfəri isə müalicəsini davam etdirir.