Modern.az

Mollaların attestasiyası dayandırılıb

Mollaların attestasiyası dayandırılıb

Təhsil

10 May 2012, 15:53

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mollaların attestasiya prosesini müvəqəti olaraq dayandırıb. Bu barədə Modern.az-a QMİ-nin şöbə müdri, Attestasiya komisiyasının sədri Hacı Mirəziz Seyidzadə məlumat verib.

Hacı Mirəziz bildirib ki, bəzi səbəblərə görə  mollaların attestasiya məsələsi müvəqqəti olaraq dayandırılıb. Lakin o, həmin səbəblər barədə danışmaq istəməyib.

Qeyd edək ki, QMİ sonuncu  dəfə bu ilinin yanvarında Salyan və Neftçala rayonlarından olan mollaları attestasiyadan keçirib. Ondan öncə isə
 Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara rayonlarının ruhanılərinin attestasiyası olmuşdu.

QMİ attestasiyadan keçə bilməyən ruhanilərə 6 aya qədər möhlət verir ki, yenidən hazırlaşsınlar. Attestasiyadan bütün axundlar, meyit işləri ilə məşğul olanlar da keçirilir. Attestasiyadan keçənlərə vəsiqə verilir. Bununla da həmin şəxslər dini sahədə fəaliyyət göstərə bilərlər.

QMİ hələ fevralın axırında Sabirabad, İmişli və Saatlı rayonlarında ruhaniləri attestasiya etməli idi. Hacı Mirəziz Seyidzadə attestasiya prosesinin nə zaman bərpa ediləcəyi barədə məlumatsız olduğnu bildirib.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü