Modern.az

Qarabağda erməni əsgərin ölüm səbəbi məlum oldu

Qarabağda erməni əsgərin ölüm səbəbi məlum oldu

Qarabağ

21 May 2020, 08:46

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisinin ölümünün səbəbi məlum olub.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, əsgər Henrix Aramyanın həlak olması faktı ilə əlaqədar onun hərbçi yoldaşı - kiçik çavuş O.D. saxlanılıb. Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, kiçik çavuş xuliqanlıq niyyəti ilə adam öldürməkdə şübhəli bilinərək tutulub.

 

İstintaq davam edir.

 

Qeyd edək ki, hadisə ötən gün baş verib. 2000-ci il təvəllüdlü hərbçi H.Aramyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi